Siz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,Bu gözəlin üzün cənnət,Qədin qiyamət eyləmiş.

Kim ilə vardır savaşın,Qovğadan açılmaz başın,Baş başa çatubdur qaşın,Gözlərin xəlvət eyləmiş.

Gəzmişəm cümlə cahanı,Sənin kimi gözəl hanı,Əzizi-Misr-i-Kənani,Baisi-şöhrət eyləmiş.

Mən' etmə gəlsə əfğanım,Ağlasa çeşmi-giryanım,Acizəm, biçarə canım,Qəm ilə ülfət eyləmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets