Telefon səsləndi hıçqırtı ilə:“Keçindi güvənci obanın, elin,Kimin gücü çatıb əcəl-qatilə,Qızını təcili gətirin, gəlin...”

Bu xəbər amansız, bu xəbər yaman,Dammışdı əzəldən ürəyimizə.Qızı “beş” almışdı son imtahandan,Sevinci bölməyə gəlmişdi bizə.

Elə fərəhliydi, elə şəndi ki,Durub süzəcəkdi yazıq az qala.Dedi evimizə zəng edim indiBəlkə atam bilə, dərdi azala...

Danışıb güldük də – qoşulduq ona,O yerə qoymadıq heç özümüzü.Qoymadıq yanaşsın o, telefona,“Hazırlaş, gedirik, – dedik, dan üzü.

Narahat etməyə dəyməz bu vaxtı,Tezdən çıxacağıq, bizdə gecələ...”.Məmnun baxışlarla sevindi, yatdı,Axdı gözümüzdən yaş gilə-gilə.

Cəhənnəm oduymuş yalan dil-ağız –Qovrulduq sübhədək, əzab, qəm yedik.İllərlə atasız qalacaq o qız,Bir gün də atalı yaşasın dedik...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets