Ürəkdə çapıq
Xata çıxdı əlimdən,Saymazyana daş atdım.Dilbilməyən körpəninMən alnını qanatdım...
Qızıl qanı bir andaSifətini bürüdü.
Mən yamanca tutuldum,O, ağlayıb kiridi.
Sakitləşib güldü dəCiyərimin parası.Həftə keçdi, büsbütünYaxşı oldu yarası.İllər ötmüş, unudaBilməyirəm o dağı –Daha itmiş görsəm dəAlnındakı çapığı.Yox o, çapıq itməmiş,Onun gizli yeri var –Mən öləndə yarsanızÜrəyimdən tapılar...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-urekde-capiq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Ey ağalar necə olur
Ey ağalar necə olurHalı yardan ayrılanın
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.