Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.

Bu dil ki ona mənzil idi, oldu xərabə,Əzm etsə əgər yar, dəxi harə qayıtsın?

Şanə çəkibən çin-çin els, sal üzə zülfün,Qüllab kimi ucları rüxsarə qayıtsın.

Mürği-dili-zarim genə avarə qalıbdır,Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın.

Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,Ərzin eləsin ol büti-xunxarə, qayıtsın.

Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə,Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.

Maqta — the closing couplet bearing the poet’s pen name. Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran!Yar əgər bir də bu gülzarə qayıtsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love