Sən getdin
Sən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.O mənim qəlbimdə ünvan tapmamış,Pərişan bir eşqi hara apardın...
Sən getdin, təbiət bir səs itirdi,Bir sevgi dastanı qaldı yarımçıq.Bir ulduz əbədi buluda girdi,Bir çiçək göyərib soldu yarımçıq.
Sən getdin, son həsrət eşqi gözündənQəlbimə axmadı sözlə, qılıqla.Bəlkə oğurlayıb səni özümdənSənə qaytarırdım bu ayrılıqla...
Son dəfə dinlədim ayaq səsini,Qəlbimdə bir tufan qopdu dərindən...Sən getdin, elə bil yer kürəsiniAyırdın bir anlıq öz mehvərindən.
Dəydi bir-birinə səma, dəniz, dağ,O görüş nə idi, bu ayrılıq nə?Nə bilim, hər halda bir qəlbi qırmaq,Bir tale yıxmaqdan asandır mənə.
Bir də ki, dənizə bənzər bu aləm,Həyatım, taleyim onsuz deyildir.Mən yalnız gəmiyəm, üzmək bilirəm,Hara üzməyimi – cəmiyyət bilir...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-sen-getdin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
GözəldiBir dilbəri bəsləyibdi anası,Vəsfi düşüb bu cahana, gözəldi.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,