Bulaq başında
(nəğmə)
O qızı görəndə bulaq başında,Qəlbimdə kükrəyən bulağı gördüm,Laləli-nərgizli çəmən içindəLaləyə rəng verən yanağı gördüm.
Saçı sarışındı, qaşları qara,Baxışı baxanı çəkirdi dara.Könül verməmişdi hələ bir yara,Dodaq görməmişdi, dodağı gördüm.
Ona könül açdım, çatıldı qaşı,Söz deyə bilmədi sözümə qarşı.Bu dəmdə böyürdən çıxdı qardaşı.Tutuldu tez qaşı-qabağı, gördüm.
Sevənlər dilsiz də danışacaqdır,«Gələn görüşümüz, – dedim, – nə vaxtdır?»Qız dönüb gözaltı gözümə baxdı,Bu gizli baxışda sabahı gördüm...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bulaq-basinda
Use ← → keys to move, R for a random poem
More by this author
Tez yağdı, tez yağdı bu payız qarı,Söndü çox əllərin odu barında.
Gözləyənim olaydı...Gedən yerim olaydı.*Qabil.*
Məmməd Araz qayasıBu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, «Sarıbulaq» adlanan dərəyə gedən yolun üstündə bir sal daşa «Məmməd Araz kürsüsü» adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.*Fərmanına, təltifinə alqış, ey çoban,
Daha inanmıram...Daha inanmıram boş vədələrə,Göz yaşın od olsa – qəhər demərəm.