Min dəfə düşünüb daşındın azı
Min dəfə düşünüb daşındın azı,Bu qədər düşünmək itirdi səni.Ayrılan yolumuz hardan yol azıb,Mənimlə üz-üzə gətirdi səni.
Çətin o yerlərə gedə yaz daha,Ağ bulud altına, boz qaya üstə...Demişdim: Qəlbində məhəbbət – çayırBir təzə ağ bulud, boz qaya istə.
Demişdim: Döşünə bir ad yazmağaGöyərib ilişər bir nəmişliyə.Bu təzə sevdanın təzə gur çayıQoymaz mən tərəfə gəmin işləyə.
Dönər təbiətin öz iqliminə,Yanarsan, duzunda göz yaşlarının.Dönər məhəbbətin öz iqliminə,Uçar abidəsi vəd daşlarının.
Bir də o günlərdən niyə danışdın?Təzədən yol söküb, qatarmı açaq?Bu dünya mənimlə başlanmamışdı,Bu dünya mənimlə qurtarmayacaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-min-defe-dusunub-dasindin-azi
Use ← → keys to move, R for a random poem