Neçə yazdı düşmür yolum,Yəqin dağlar küsüb məndən.Gedib öpüm, qurban olum,Yəqin dağlar küsüb məndən.

Çoxdan dağa-daşa yadam,Salmır qonum-qonşu yada.Əlim yatmır qoşmaya da.Yəqin dağlar küsüb məndən.

Kəklik uçmur çopur daşdan,Dağ kəlləri baxmır qaşdan.Bulaq tutqun, çay pərişan,Yəqin dağlar küsüb səndən.

Sağsağanlar səksəkəli, –Kim baltalı, kim gülləli?..Yarpaq gördüm qan ləkəli,Yəqin dağlar küsüb məndən.

Düzlərimə şöhrət Araz,Harayıma həsrət Araz.Gecikmisən, Məmməd Araz,Yəqin dağlar küsüb səndən.

Oktyabr, 1976

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets