Arzularım qırır bəndi,Baxıb üzüldüm beləcə.Öz ağlıma öz inadımQənim kəsildi beləcə.

Ürək olsa sınıq saxsı,Başına hey ulduz yağsın...Sınan sındı – ya şax sınsın,Ya da əzilsin beləcə.

Bu dəhnə sel dəhnəsidir,Lil hökmran, qaya əsir...Bu səhra söz səhrasıdır,Yola düzəldim beləcə.

Nə ad verim bu ad-sana?Sözüm küləş, dilim şana!Yağ olmadım bircə şama,Dünyaya gəldim beləcə.

Dil taparsa bir ocaqlaBir misramı qonaq saxla,Payım qalsın dal budaqdaBeləcə, kəndim, beləcə...

10 mart 1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets