Çox da tərifləmə bu qalaçanı,Babalar adından danışma çox da.Kimin əlindəydi onun açarı? –Yazanı qalmayıb, biləni yoxdu.

Zaman nə zamandı, kimdi qorunan?Hər daşda hənir var – ayağa qaldır.O kərpic qocanın yapış qolundan,Bəlkə hər divarın özülü qandır?

Tarix əlifbası daşdan başlanır,Əl dəydi, yumşalır, göyərir indi.Başdı – daş olubdu, daşdı – baş olub,Bunları seçmək də hünərdir indi.

Tarixə dəyməsin yalan barmağı,Haqqım yox quşun da haqqını danam.Mən öz keçmişinə heykəl yonmağıAlnına yazdıran oğullardanam...

Bir daşa tarixim yazılıbdısa,Düz oxu, qoy olsun ikicə kəlmə.Genişdi – geniş yaz,Qısadı – qısa:Üstündən götürmə, üstünə gəlmə.

Dilimin ətrindən dili kallaşan,Təzə dil axtaran dillərdən qorun.Dünənki tarixi bugünkü daşaYamayıb, basdıran əllərdən qorun.

Bu qala bəlkə bir əsrin günahı...Hər şamda min gözün yağı yanıbdı.Qalaça küncünə qısılan şahınXalqı palçıq kimi tapdalanıbdı.

Çox da tərifləmə bu qalaçanı,Axtar dünənimdə bu günü, axtar.Kimin əlindəydi onun açarı? –Axtar, bu birinci düyünü axtar...

16 fevral 1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets