Vallah, sözüm tükənibdi,Vallah, sözüm yoxdu daha.Adam var daşla danışır,Quru ağacla danışır.Mən bilməm nədən danışım,Bilməm nəyinən danışım,Buxovlu atnan danışım,Südsüz inəynən danışım?Qurdnan-qoyunnan danışım,Ya bunlar arasındaGedən oyundan danışım...Vallah, sözüm tükənibdi.

Diri sözü dildən qapıbSamanlığa təpənləri,Görmürəm, görə bilmirəm.Təpib, təpibÜstünə su səpənləriGörmürəm, görə bilmirəm.Zaman sürür köhlənini,Sürür beladən-beləyə.Nə zaman samanı saxladı,Nə saman zamanı saxladı,Nə qapan qapanı saxladı,Nə yaman yamanı saxladı.Bircə ovuc dənim vardı,Qapıb nəyəsə qatdılar,Qapıb kiməsə satdılar.Adam var daşla danışır,Quru ağacla danışır.

Bircə ovuc dənim vardı,Dənliyə tökülmədi,Torpağa əkilmədi.Daha mən nədən danışım?Vallah, sözüm tükənibdi

8 dekabr 1995

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets