Heç gün çatmaz bu gün mənim ad günümə,Nəvələrim gəlmişdilər ad günümə.Nəvələrim Toğrul, Tuncay – nəvələrimÜrəyimin hayına hay – nəvələrim!Bu gün mənim qapım açıq,Qəlbim açıq;Yer üzündən qorxu qaçıb,Ölüm qaçıb.Yer üzündən qovulubdu aclıq, qəhər;Astanamda aylı gecə, nurlu səhər...Nəvələrim gəlmişdilər ad günümə,Gəlmişdilər ağ günümə, şad günümə.Bu gün bütün yamanlıqlar qolu bağlı,Bu gün bütün nadanlıqlar qolu bağlı.Bu gün bütün uşaq payı uşaqların,Yer üzünün günü, ayı uşaqların:Qəhqəhələr ağ işıqdı, ağ sulardı,Arzular da buxov bilməz arzulardı.Nəvələrim gəlmişdilər ad günümə...Baş qaldırıb onlar gələn yola baxdım,Onlar baxan göyə baxdım, yerə baxdım.Yerdən qalxan oda baxdım, külə baxdım,Aya baxdım, günə baxdım.Allah, uşaq taleyinə bomba yağır,Yanır uşaq təbəssümü, uşaq səsi.Allah, uşaq gülüşünü oddan qoru,Allah, uşaq oyununu oddan qoru,Allah, uşaq nəfəsini oddan qoru.Allah, uşaq nəğməsini oddan qoru.Nə yaxşı ki, həsədlərin yolu bağlı,

Nə yaxşı ki, qibtələrin yolu bağlı.Nə yaxşı ki, yalan dillər laldı bu gün,Qaçanlar da ayaq altda qaldı bu gün,Nəvələrim gəlmişdilər ad günümə...

Oktyabr, 1995

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets