Qalmadı
Ey fələk, sənin cövründənXanu xavan qalmadı.Neçə danəndələr getdi,Mətləb qanan qalmadı.Çoxlarının baharınıDöndərdin zimistana,Pozuldu baği-bənövşə,Soldu gülşan qalmadı.
Hər kimə ki, şərbət verdin,Tez zəhrimar eylədin;Zülmünən yıxdın evini,Taxtını tar eylədin.Beş gün xoşbəxt olanlarınSonun bimar eylədin.Nə xəstələr şəfa buldu,Nə də Loğman qalmadı.
Kim ilə dostluq elədin,Söylə görüm, başa-baş?!Qəzəbindən xof elədim,Didəm verdi qanlı yaş.Sümüyümə lərzə düşdü,Cismimdə yandı ataş.Qəhrinə baş əyməkdənMusada can qalmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-qalmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.