Mənim yarım bu məclisdəDolanıb cağı gəzdirir.Özü təzə, əldə məzə,Eyvan, otağı gəzdirir.

Ləbləri məni məst elər,Kirpiyi cana qəsd elər,Dərib bənövşə dəst elər,Büllur buxağı gəzdirir.

Rubəndini üzdən açmaq,Xoşdur onunla danışmaq.Bəxtəvər başına, başmaq,Gültək ayağı gəzdirir.

Musa vəsfin söylər saza,Eşidən gəlsin avaza.Yanaqları güldən təzə,Qaymaq dodağı gəzdirir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets