Bir ah çəkdim, sinəm üstə dağ düşdü,Dilimin hər yana sədası getdi.Bağban öldü, bağ pozuldu, gül soldu,Şövqlü könlümün həvəsi getdi.

Yay fəslidi yaylaqları görməyə,Çeşmə üstə səfaların sürməyə.Bənövşə açılıb, onu dərməyəGözəllərin neçə dəstəsi getdi.

Aşıq Musa yenə düşdü gümana,Kirpiyi peykandı, yerişir qana.Bimürvət oxuna qoydu nişana,Yaraladı, cismim xəstəsi getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring