Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi
Üçüncü deyişməAşıq Mahmud
Aşıq Valeh, mənlə girmə meydana,Bağını-bağçanı duman eylərəm!Bulud olub qarışaram havaya,Baharlı gününü boran eylərəm!
Aşıq Valeh
Mahmud, səni qəza tora salıbdı,Əhvalını bu gün yaman eylərəm!Pozular növrağın, qan ağlar gözün,Cəlallı yurdunu viran eylərəm!
Aşıq Mahmud
Hərdən bənzəyərəm eşqi-həvəsə,Hərdən bənzəyərəm tilsim qəfəsə,Hərdən bənzəyərəm isti nəfəsə,Hərdən küləklənib tufan eylərəm!
Aşıq Valeh
Qatarı üzülməz bir güzaram mən,Ariflər mülkündə bir diyaram mən.Gül-nərgiz bitirən bir baharam mən,Boranlı dağları aran eylərəm!
Aşıq Mahmud
Aşıq Mahmud səni salacaq tora,Vuracaq qəlbinə sağalmaz yara.Qul edib divanda çəkəcək dara,Tutulacaq nitqin, güman eylərəm!
Aşıq Valeh
Aşıq Valeh məşhur olub cahanda,Mərd dayanıb neçə belə divanda.Ağlın itər, sözün qalar dəhanda,Səni öz başına vuran eylərəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-asiq-valehle-asiq-mahmudun-3-cu-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
The Treasury of Mysteries, chapter 6The canopy of the nine thrones of the seven stars, the end and the ornament of the prophets,Ahmad, the Prophet, the dust of whose feet is wisdom, has both worlds tied to his saddle strap.
AğlamaAğlama, sən ağlasan Pünhan da ağlar, ağlama,Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,