Dördüncü deyişməAşıq Valeh

Aşıq Mahmud, qafiyəni dəyişdim,İndi sənə əhli-kəbirdən deyim.İnsidən-cinsidən, mahi-zəhrüdən,Dəhridən, xaneyi-qəbirdən deyim.

Aşıq Mahmud

Aşıq Valeh, kəlamın anladım,Mən də sənə ərzü-zəmindən deyim.Aləmi-fanidən, həşri -cəfadan,Həlati-eşqinin qəmindən deyim.

Aşıq Valeh

İstərəm ərsədə məclislər qurum,Sədayi-suridən bir az dəm vurum.Pəncin mənasından cavablar sorum,Sirri-qeyibatdan , səbirdən deyim.

Aşıq Mahmud

Gəl güzar izini salma dərinə,Toxmaq dəyər nabələdin sərinə.Bəndəlik et ərənlərin pirinə,Çaharı həştinin cəmindən deyim.

Aşıq Valeh

Valehəm, dərsimi vurmuşam başa,Qırxlar cərgəsində dolmuşam yaşa.Ərənlər piriylə durmuşam qoşa,Sahibi-Həmzədən, Bəbirdən deyim.

Aşıq Mahmud

Aşıq Mahmud, hesab düşdü bu dağa,Kök tərpəndi, zədə dəydi budağa.Bənna gərək daş düzəldə bu tağa,Bəndi-əza sərin dəmindən deyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets