Nəzərdən salmayın, camaat, məni,Həqiqət mülkündə bir baharam mən.Nə alim dostuyam, nə də zəmanə,Mərhəmət soltanlı bir diyaram mən.

Bilmək istəsəniz işin düzünü,Məndə taparsınız haqqın sözünü,Lə`nət yuyar mollaların izini,Xilqət hesabında bir çaharam mən.

Hansı hökm gəlib - insan ağlasın,Çahar fəsil başa qara bağlasın.Fəryad etsin, sinəsini dağlasın,Hər yuxu mə`nasın düz yozanam mən.

Aşıq Valeh sənətinin bazıdı,Həqiqət mülkünün bahar-yazıdı,Bilikdə molladı, həm də qazıdı,Anlayış süfrəli bir naharam mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love