Neçə dili var
Mərifətdən kamil olan, ay aşıq,Şəriəti nəylə edərsən aşkar?Bey altınnan o nöqtəni bəyan et, -O nöqtədən eylə məni xəbərdar.
Yeddi daşın səkkiz cənnət yaşı var,Yerdədi-göydədi hardadı əgər.Ərşdə iki quş var - orda dən dənlər,Gahdan pünhan olur, gah da aşikar.
Deməynən ki, bu sözlərim yalandı,Aydı, gündü zümrüd ona ulaşdı.Zatı zülcalaldı, sözü kəlamdı,Peyğəmbərdən qalıb bizə mötəbər.
Mərifətdən, təriqətdən gəlmişəm,Təriqətə yol-ərkanı bilmişəm.Alı deyər özüm mətəl qalmışam,Bu çərxi-davvarın neçə dili var.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-nece-dili-var
Use ← → keys to move, R for a random poem
More by this author
Talayıb mahalın mal-dövlətini,Əyrilər apardı, düzə nə qaldı?
Nə qaldı?Gəşt elədim, bu dünyanı dolandım,Əllini keçirdim, yüzə nə qaldı?
Nədən olduYeri, göyü insi-cinsi yaradan,Haqq əmir eylədi yer nədən oldu?
Ola bilməzGözəllər şahıdı nazlı nigarım,Heç kim bu Bəsdiyə tay ola bilməz.
Poems by other poets · Divine love
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
LətifəBir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa,ayağa dursun. Hamı qalxdılar ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Gulshan-i Raz, chapter 30«اناالحقّ» کشف اسرار است مطلقجز از حق کیست تا گوید «اناالحقّ»
Gördümİki əbrun arasında,Altı “qaf”, yeddi “lam” gördüm.