Nədən oldu
Yeri, göyü insi-cinsi yaradan,Haqq əmir eylədi yer nədən oldu?Pərdəyi-hicabdan bir dəsti gəldi,Onun dəstəsində sir nədən oldu.
Haqq əmir eylədi, gövhar tərlədi,Bircə qətrə suyu umman eylədi.Kimnən səda gəldi, kimnən söylədi,Yandırıb şahpərin nar nədən oldu?
Aşıq Alı yuva istər pirindən,Haq mərhəmətindən, qüdrət şirindən.Bir dürr xəlq eylədi öz qüdrətindən,O dürrün içində sir nədən oldu?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-neden-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Yıldırımlar yağsa göydən titrəməz ruhum mənimYıldırımlar yağsa göydən, titrəməz ruhum mənim,Dağlar atəş püskürərsə kargir olmaz bana;