Mərd
Məhəmmədə xaliq özü,Göndərdi Qur'anı mərd.Altı min altı yüz altmış ayə,Yüz on dörd surəni mərd.İlahidən nazil oldu,Göydən endi dörd kitab.O, Qur'ana baş əyənlər,Tez tapır imanı mərd.
Beş kəlməyə aşiq olan,Sinəsi dəftər gərək,Haqq-taalanın min bir adı,Dillərdə əzbər gərək,Bu aləmə zülm eyləyən,Olmaya rəhbər gərək.Açıb cənnət qapısını,Göstərdi rizvanı mərd.
Gəl, biçarə Aşıx Alı,Xəbərdar ol dünyada.Uca könül, alçaq saxla,Havalanma dünyada,Haqqın min bir adını gəl,Gündə üç yol sal yada.Vaqif ol, haqqın yolunda,Gəl eylə tövbəni mərd.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-merd
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Ata-atYenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.