Nabina eynimə nəzər eyləyib,Duyuram, ahəstə ağlama, Bəsdi.Çarəsiz dərdimə çarə olmadı,Yas tutub qaralar bağlama, Bəsdi.

Nadan olub, fərəh umma fələkdən,Al əhlidi, əl götürməz kələkdən,Kənar etdi məni arzu-diləkdən,Dağ üstən sinəmi dağlama, Bəsdi.

Alı bülbül oldu, dünya - qəfəsi,Çərxi-cəfadardan kəsilər səsi,Zəngulədə yerin verməz özgəsi,Daşqın çaylar kimi çağlama, Bəsdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate