Fələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?

Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?

Bitirib bağ salıb bir neçə güllər yetidim,Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?

Əl çəkib nakəsidən çərx elə nakəsimiş,Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?

Aşiqə naz eyləmək adət olub mə’şuqə,Bu qədər naz eyliyib can alacağmış, nə bilim?

Bəslədim zülfü, dedim, başıma salsın sayə,Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?

Səltənət rütbəsini xar tutardım şahikən,Məni başdan ayağa qəm salacağmış, nə bilim?

Maqta — the closing couplet bearing the poet’s pen name. Ruzgarın dolanıb haləti bir özgə hala,Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love