Bir ləhzə istəməm olasən dur, mən səni
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.
Sən bir süruri-dil, bana nurül’üyunsən,Dünyadə həqq görim edə məsrur, mən səni.
Musa cəhanda uymaq içün Həqq civarınəBir dağ tapandə, tapmışdım Tur mən səni.
Bir bu qədər gər sən candən usandıdın,Şadəm ki, bilməzəm gəh məqdur, mən səni.
Şöhrət edübsən aləmara bilmə hüsnidən,Eşqimdən etmişəm beylə məşhur mən səni.
Əğyarə uymə xəlvət edüb faş söylərəm,Səttarəm, etmişəm gözə məstur, mən səni.
Hər mövcudin vücudinə mənzur bir səbəb,Yox özgə, bilmişəm eylə mənzur mən səni.
Sən bir təbib getmə dəxi dərd könlimə,????????əlac bir cə dəyan, dur, mən səni
Gər söylə ki, Həqq sən isən iştibah yox,Həqqsən ki, çəkməzəm darə mənsur mən səni.
Dutməz dilim ki, bir də deyüm sən rəhimsən,Görcək bu tərzi-cabir ??məcbur mən səni.
Hüsnin, bəharın bilürəm bir xəzanı var,Fəxr etmə kim, görim beylə məğrur mən səni.
Göstər cəmalın o məhü mehrə, dövrə gəl,Mövcudsən görim tazə bir dövr mən səni.
Gər xüld içində versə bana ixtiyar həqq,Huri-qüsurdən seçərəm hur, mən səni.
Məczubsən bu dildə dəxi, necə bəs olur?Bir de, görim ki, cəzb edəcək sur, mən səni.
Maqta — the closing couplet bearing the poet’s pen name. Söylər o yar, ey Qəradaği, nə hasilin?Dünyadə etmişəm beylə məhcur mən səni.
Kitabxana.az · https://kitabxana.az/en/works/hasenali-xan-qaradagi-bir-lehze-istemem-olasen-dur-men-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Bir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbərBir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Poems by other poets
Ağ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,