İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.

Yarəb, yenə əl silsileyi-zulfə kim urdu,Aşub düşübdür yenə divanələr içrə?!

Tari-səri-zulfünmüdü kim, şanə üzübdür,Ya rişteyi-candır dolaşıb şanələr içrə?

Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,Yazıldı cu halım mənim əfsanələr içrə.

Zahid, səni tan, məni öz halına qöygil,Gəzdirmə məni məscidu butxanələr içrə.

Coxdandı konul mail olubdur meyi-nabə,Yar əksi duşub bəs ki, o peymanələr içrə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,Saqi, nolu cəksən onu məstanələr içrə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern