Əgər murad isə vermək səfayi-cövhəri-ruh
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Əgər murad isə vermək səfayi-cövhəri-ruh,Fələk misal yürüt sağəri-şərabi-səbuh.
Buyurma tövbə mənə ol şərabdan nasehKi, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.
Hücumi-qəmdə mənə onu etdi zövrəqi-meyKim, etmədi onu tufan olanda kəştiyi-Nuh.
Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,Yuva başımda tutan quşları edib məcruh.
Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəliNə sud, çün sənə olmadı hali-dil məşruh.
Tənimdə sancılı navəklərinlə şadəm kim,Dəri-bəla bu kilid ilədir mənə məftuh.
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli oldu belin fikri ilə muy misal,Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-eger-murad-ise-vermek-sefayi-covheri-ruh
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
Saqiyə bir niyazi-ricaməndanəSaqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.