Olur qəddim düta eşqin yolunda, hər bəla görcək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,Təriq əhlinə adətdir təvazö, aşina görcək.
Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,Əgərçi su bürudət kəsbini eylər həva görcək.
Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək.
Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsəMənə el, cismi-üryanımda nəqşi-buriya görcək.
Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək?
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasındanKi, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-olur-qeddim-duta-esqin-yolunda-her-bela-gorgec
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey ağalar necə olurHalı yardan ayrılanın
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
وقت سحر، به آینهای گفت شانهایکاوخ! فلک چه کجرو و گیتی چه تندخوست
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd