هزار شکر که تقدیر شد زمانه نواز
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
هزار شکر که تقدیر شد زمانه نواززمانه را به صلاح خلل نماند باز
نماند آنکه زند مقصد از تعلل دمنماند آنکه کند کام بر توقع باز
گذشت دامن اقبال را کف حرمانبسیل نیل امانی نشست آتش آز
گذشت آنکه گشاید زمان زمان ز حیلهزار شعبده را در سپهر شعبده باز
چنان نگشت در انقلاب مستحکمکه با کلید تقاضای دور گردد باز
چنان نبست سر حلقه حیل را چرخکه با مبالغه حادثه گشاید باز
غبار فتنه ز آیینه جهان برخاستدر فساد بروی زمانه گشت فراز
بدان رسید که پوشد لباس خلد جنانبدان رسید که یابد بقای دهر جواز
سوال صورت حال از زمانه کردم دوشبرفع شبهه گشودم گره ز رشته راز
که ای زمانه ترا پیش ازین نبود رواجنداشت نای نظام تو نغمه این ساز
نظام دور بدین دور مشکل است بسیبفیض کیست رجوع ظهور این اعجاز
ز نور رای که دارد چراغ عدل فروغز نقش عدل که دارد بساط ملک طراز
جواب داد که این مقتضای عدل کسیستکه هست از همه در هر فضیلتی ممتاز
خدا وجود شریف ایاس پاشا رابقا دهد که جهان پرورست خلق نواز
جمال دولت او داده ملک را رونقچنانکه دولت محمود را جمال ایاز
بلند قدر جنابی که خاکبوس درشنموده راه اقامت بره روان حجاز
عبارتیست زمین آستانه اوکه هست نامی آن مستحل ترک نماز
مزین است گریبان درگه قدرشبتکمهای روش بر اهالی اعزاز
منزه است بیان حقیقت حالشز رایهای پریشان سالکان مجاز
کفیل رزق چنان گشت لطف او که نماندز بهر کسب کسی را بدست خویش نیاز
مگر ز بهر دعا صبح و شام بر دارندبرای او طلبند از خدای عمر دراز
زهی ملازم عزم تو فتح بی انجامزهی موافق حکم تو لطف بی آغاز
تویی که دیده دل خصم ز آتش همتدرون سینه چو در بوته نقد قلب گداز
شکسته حالی دشمن ز چین جوشن تستخط هلاک تذروست نقش سینه باز
بهر دیار که رایت کشیده رایت عزمزمانه کرده ز ملک مخالفش افراز
سپهر کیست که کرده معارض مضمونمثال حکم تو بر هر چه می شود ایراز
تو بر سمند سفر زین عزم بربستیفلک رساند بمجموع دشمنان آواز
که ای گروه سراسیمه هر کجا هستیدبکام دل چو وحوش و طیور در تک و تاز
نهان شوید که سیمرغ می گشاید بالحذر کنید که شهباز می کند پرواز
عدوس مرغ پراکنده بال سوخته پرتو شاه باز شکار افکنی و صید انداز
بلند منزلتا آن فضولی زارمکه در ثنای توام روز و شب سخن پرداز
غم نهان مرا نیست احتیاج بیانبس است اشک بمضمون حال من غماز
دریغ نیست ز من شفقت تو لیک چه سودمراست بخت پریشان و طالع ناساز
امید هست که تا ارتباط لیل و نهاربقطع رشته ایام عمر گردد کاز
بود ز صبح کمال تو دور شام زوالبقای عمر تو با دولت ابد دمساز
Həzar şükr ki, yar oldu ruzigarə qəza
Ki, qalmamış onun islahə ehtiyaci daha.
O kəs ki, eyb tutardı həmişə, xar oldu,
Işində çəmxəm edən çərxin halı oldu fəna.
Səadətin ətəyindən yapışdı yə’sin əli,
Aman selində tamah atəşi tapıb mə’va.
O dövr keçdi ki, bu hoqqabaz fələk hər gün
Min hoqqanı açaraq, əlli min oyun çıxara.
Təbəddülat qapısı öylə kim, qıfıllanmış,
Çətin zəmanə təqazasının kilidi aça.
Kələklər hoqqasını eylə ki, fələk qapamış,
Çətin ki, hadisələr bir xələl yetirsin ona.
Silindi fitnə tozu güzgüsündən afaqın,
Fəsadü şərridən asudə oldu bu dünya.
O dəm yetişdi ki, dövran muradına çatsın,
Bəzəndi, oldu bu dünya behişt tək ziyba.
Dünən bu fikrilə kim, şübhəmi edim zail,
Zəmanə halını oldum bu tərz ilə cuya
Ki, ey zəmanə, rəvacın yox idi keçmişdə,
Nizamının neyi saz eyləməzdi böylə nəva.
Sənin ki, müşkül idi ruzigarın, ey dövran,
Kimin kəraməti bu mö’cüzü edib peyda?
Kimin ədalətinin nəqşi aləmi bəzədi,
Hanı o nur ki, vermiş çiraği-ədlə ziya?
Cəvab verdi ki: bu, sayəsindədir o kəsin
Ki, hər cəhətdən olub fəzli, rütbəsi vala.
Xuda vücudunu hifz eyləsin Əyas paşanın
Ki, xəlqə lütf, cəhanə abadlıq etmiş əta.
Cəmali-bəxti veribdir bu ölkəyə rövnəq,
Necə ki, Qəznəyə vermiş Ayaz hüsnü səfa.
O kəs ki, izzət ilə asitanın öpmək üçün,
Hicaz yolçuları mənzil eyləmiş orada.
O asitanını öpmək, özü ibadətdir,
Kim öpməmişsə, namaz tərkinə verib fitva.
Düzülmüş astanasında bəzəkli düymə kimi
O başları ki, qoyub xaki-payinə nücəba.
Həqiqət əhlidir əhvalının bəyanində,
Məcaz əhli ola rə’y söyləməz əsla.
Kəfil olub o qədər ruziyə onun kərəmi
Ki, əl çalışmaq üçün düşməz heç kəsin yadına.
Əl ondan ötrüdür hər sübhü şam xaliqdən,
Uzun ömür diləsinlər ona, edəndə dua.
Zəfər həmişə sənin qul kimi dalınca gedər,
Hüdudsuz kərəmin hökmünü edər icra.
Salınca heybətini yadə düşmənin qəlbi
Kül oldu sinədə, bir qəlp pul kimi butada.
Həlaki cövşəninin halqasındadır xəsmin,
Qızıl quşun döşü xatırladır ölüm turaca.
Çəkibsə bayrağını hansı ölkəyə rə’yin,
Zəmanə tabe edibdir o mülkü bayrağına.
Fələk nədir ki, edə e’tiraz bir anlıq
O hökmə kim, sən onu görmürsən bir işdə rəva.
Səfər səməndinə sən əzm ilə yəhər qoycaq,
Yetişdi xəsm qulağinə çərxdən bu səda:
Ki, ey gəzib dolanan vəhşilər kimi qafil,
Yetər ki, keçdi sizin kamınızca bu dünya,
Qaçın, çıxın aradan, seyd üçün gəzər şahin,
Görünməyin gözə, şəhpər açıb uçar ənqa.
Mənim gözümdə sənin düşmənin zəif bir quş,
Sən isə ərseyi-qüdrətdə şahbazi-qəza.
Məqamı yüksək ağam, ol Füzuliyi-zarəm
Ki, daima yazaram mədhlər sənin adına.
Bəyanə hacəti yoxdur bu gizli qəmlərimin,
Gözüm yaşı üzümə dərdimi edib inşa.
Yəqin ki, lütfünü məndən əsirgəməzsən sən,
Vəli, nə fayda, yarandım əzəldə bəxti qara.
Mən arizu edərəm ki, zəmanə ötdükcə,
Ömür ipini kəsib doğradıqca sübhü məsa,
Zəval axşamı qaçsın kəmal sübhündən,
Səadətin əbədi olsun, ey Əyas paşa!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qeside-27
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Ey qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
EylərDüşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.