Eylər
Düşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.Məsləhət onundu, biz nə çarəyik,Dərdi sinəmizdə min bir dağ eylər.
Yurtdan ayrı düşmək borandı, qardı,Zülümdü, bəladı, çətindi, dardı.Didərgin ha desin mənim də vardı,Yad gülər, söylənər, ya da lağ eylər.
Əlbət bol olacaq qəmi yurdsuzun,Bulunmaz sevinci, dəmi yurdsuzun.Aşıq Heydər kimi cəmi yurdsuzun,Tanrı üstündədi, canın sağ eylər!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci hissə**Gümrü şəhərinin çiçəklənən dövrləri idi. Ədalətli Gümrü sərdarı ölkədə qayda-qanunu bərpa etmiş və özbaşınalığa son qoyulmuşdu. Daha yolları kəsib xərac almaq, oğurluq, soyğunçuluq, demək olar ki, yaddan çıxmışdı.
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (1)Aşıq Nəsib:Pul, var-dövlət olan kasıba gəlməz,
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (2)Aşıq Heydər:Yahu-yahu deyən kəslər ucadadı, ay Nəsib,
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3)Aşıq Heydər:Bu dünyada dərd görmüşəm,
Poems by other poets · Divine love
Silindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.