Bircə yer
Silindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,Gördüm daha görmürəm ayağının izini...
Dilimə gətirmirəm söhbətini, sözünü.
Biraz-biraz itirdim saçlarının rəngini,Qulaqlarım unutdu səsinin ahəngini.Yuxu da xəbər tutdu həqiqətdən elə bil,Həqiqətin əksidir - yuxu başqa şey deyil...
Onda ki, başa düşdüm qalmayıb ümid yeri,Bütün xatiratımı dəfn etdim diri-diri...Od vursa da bu itki mənim yeddi qatıma,Heyranam iradəmə, heyranam sabatıma!
Fəqət, bircə yerdə ki... qalmasın indiyədəkBax, o yerə varmır əl, o yerə gəlmir ürək...O yer - ürəyim mənim! Ürəyimi özün yar,Özün özünü qopar, özün özünü apar!
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-birce-yer
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
خود را به تو تسلیم و رضا بازگذار
YetirƏsən yellər, bir Allahın eşqinə,Yazdığım naməni vətənə yetir.
Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsiAşıq SəmədFikrin-zikrin gəzir uca göyləri,
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.