Eh, günlərin bir günüSındırdılar güzgünü.Parçalar xırda-xırda,Parçalar iri-iri.Səpələndi aləməGüzgünün qəlpələri.Qəlpə yaxına düşdü,Qəlpə uzağa düşdü.Əl çatan, əl çatmayan

Neçə torpağa düşdü...Boş çərçivə elə bilİnildədi, ağladı,Yoxa çıxmış güzgünüÜmidsiz soraqladı.Səs gəldi qəlpələrdən:Hər qəlpə söylədi mən,Güzgüyəm! Güzgülüyüm!Dəyişib getməz mənim,Bütövlüyüm itsə dəŞəfəqim itməz mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets