And olsun dağların ağ suyu kimiO qırıq dalğalı gülüşlərinə;Vüsal vədə verən, ümid allahı -Müxtəlif mənalı gülüşlərinə;

And olsun nazlanıb nazla əzilən,Telli ulduz kimi bəzən süzülən,Gahi rəhmət, gahi zülmət sezilən -O qanlı-qadalı gülüşlərinə;

And olsun axşamlar nəşədən daşan.Ürkək ceyran kimi dağlardan aşan,Kəklik olub səkən, qan kimi coşan -Dərbədər sevdalı gülüşlərinə;

And olsun səsinin ipəklərinə,Bu xəstə könlümün diləklərinə.Parlayıb can verən bəbəklərinə -İşvəli, ədalı gülüşlərinə;

And olsun könlümün dərdli çağında,Cilvələr yaradıb gül yanağında,“Al” deyən, “Öl!” - deyən al dodağında -Şəfəqli, şəfalı gülüşlərinə;

Mən sənə ömürlük bir qulam, gülüm,Sən əmr eyləyincə, nə imiş ölüm!İstərsən ağlayım, istərsən gülüm,Şərh eləyim halı gülüşlərinə!-1934, 25 noyabr*

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets