Ana
Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, ağlar!Fırtınalı göylərimi yıxmaq istər ildırımlar,Nə zaman ki, qərib ruhum yad ellərdən cana doyar!Sən o zamatı yetişərsən bir risalət qüvvəsilə!Bir analıq ürəyilə... Nədir, Allah üçün söylə,Bu ərənlər silahını kimdən aldın, anlat böylə?..Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd,Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd,Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut?!Bəzən olur, həyatımın dağlarını duman alır,O gün sənin titrək laylan yollarıma işıq salır!Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır,İnandım ki, cənnət sənin ayağının altındadır!
Gəncə, 14 mart, 1914
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-ana
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
OlmazArif məclisində bir söz söylərəm,Nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Oxuyan Təbriz(Aşıq Hüseyn Cavanla İstisu*yaylaqlarında görüşümüzdən təəssürat)*
Kanz al-Haqa'iq, chapter 1به نام آن که اول کرد و آخربه نام آن که باطن کرد و ظاهر