Aşağı-Ləngər Xuluqda
Soyuq bir cəhənnəm, bir yaman ölkə.Soyuq güc gətirdi, sığındım kürkə.Bu kürk olmasaydı, gəlməzdi bəlkəBu imansız qışın yazı Xuluqda.
Bir məktəb verdilər, eyni buzxana,Ayaqlarım məni doydurdu cana.Gecələr saldılar kirli yorğana,Dedilər ol buna razı Xuluqda.
On beş gün istədim bir qalın corab,Bir müsəlman oğlu vermədi cavab.Mən necə söyləyim, kim çəksin hesab?Yoxdur ki, bir adil qazı Xuluqda.
Gecə qar, gündüz qar, axşam, sabah qar,Deməzlər ki, burda bir müəllim var...Bağlamış qapını cüt arvadlılar,Qızdırıb söhbəti-sazı Xuluqda.
Yığıldı hamısı - ağsaqqal, hampa,Boyun oldu hər şey, bir də bir lampa.Gəldilər, lampa var, şüşə yox amma,Yandıraqmı hava qazı Xuluqda?!
Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”,Beləliklə işlər getməz irəli.Qorxum budur əsə bir Şimal yeli,Müəllimin sına sazı Xuluqda?!
Yorğanlar kirlidir, basmayır yanım,Qışda yalqız yatdım, qızmadı canım.İşlər düzələndə, olsa bir xanım,Haqq verə bir sərvinazı Xuluqda!
-Xuluq kəndi, 1920, Pəşrin sani*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-asagi-lenger-xuluqda
Use ← → keys to move, R for a random poem
More by this author
Mən dünyanın qucağında,Vətən adlı bucağında;
QaldıBir gül əkdim, açılmamış dərdilər.Zəhmətimdən mənə bir tikan qaldı.
Qaspirinski üçünMilli sazlar çalır matəm... müsibət...Başdan-başa qan ağlayır bir millət!
QəzəllərMərhəmət etsən əgər varmı qüsuri bir gör,Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!
Poems by other poets
Sevgilim, insanın ömrü gödəkdir,Ömür bir quş kimi uçacaq əldən.
DeginənAna, sənə bir söz deyim,Sən də o yara deginən.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,