Sevgilim, insanın ömrü gödəkdir,Ömür bir quş kimi uçacaq əldən.Bizə də belə bir gün gələcəkdir,Dünya bu hökmünü vermiş əzəldən.Gəl duraq yanaşı, xəyala varaq,Bizə layla desin suların səsi;Dünyadan xoş keçən bir gün aparaq,Qazancdır gəncliyin hər xoş nəğməsi.Atıl cəbhələrdən, keç cəbhələrdənÖmrünün bu əziz, bu gənc yaşında.Mənim anam kiıni gəl oturma sənGecələr ağlayan beşik başında.Gözəldır avazın, xoşdur nəfəsinCoşub, tribunadan danışanda sən;Döyünən ürəyin, gurlayan səsinBizə xəbər versin qərinələrdən...Sevgilim, könlümdən keçənləra bax:Gəl salama çıxaq ellərimizə!Dastanlar yaradaq, dastanlar yazaq,Gələcək duyğusuz deməsin bizə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets