Üzündə son bahar, ağzında yaşmaq,Sənin gözəlliyin solğun görünür.Gəl yaxın əyləşək, yaxın danışaq,Mənalı gözlərin dolğun görünür...Söylə, şeirlərin can verir nədən?Ağlayır dediyin dərdli qəzəllər.Bir çiçək qopardı hər gəlib gedən,Sənin də payına düşdü xəzəllər...Baxıb qərənfılin solğun rənginə,O şəhla gözlərin incilər tökdü.Bir qadın ruhunun dərinliyinəHər axşam yeni bir qaranlıq çökdü.Əzəldən belədir eşqü-məhəbbət,Səni de ağladan sevdamı, nədir?Dərdin tarixlərin dərdidir, əvət!Hicran göz yaşına bir bəhanədir...Aşanda dağları çarın ordusu,İncidin dünyadan, küsdün vətəndən.Bir söylə, şairim! Nə sirdir bu –Könüllər ayrıla bilməyir səndən.Həyata ilk dəfə açıldı gözünTarixin doğduğu o qara gündə.Oğlunun, qızının dönük ömurüKeçdi ayrılıqda, keçdi sürgündə...Sən söhbət açanda meydən, məzədənO murdar ağzını büzdü şəriət...Dönüb qövr elədi yaran təzədən,Bir zindan kəsildi sənə təbiət.O qəlbə, ilhama sığındıqca sənQaldırdın qədrini şerin, sənətin.Sən bizim tarixə hədıyyəsisənƏziz bir torpağın, bir məmləkətin.Yırtıldı günəşin qara pərdəsi,Qızlar qanad çalır ağ buludlara.Gəzir dodaqlarda şerinin səsi,Oyan! Saçlarını təzədən dara!İndi nə örtü var, nə örtünən var,Nə həyat insanın belində yükdür.Dəyişmiş gördüyün aciz qadınlar,Onların şerefi, qədri böyükdür.Uzündə son bahar, ağzında yaşmaq,Sənin gözəlliyin solğun görünür.Gəl yaxın əyləşək, yaxın danışaq,Mənalı gözlərin dolğun görünür...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets