Dastanın yazılma səbəbi
Dün birinə nəql elədim, ey filan,İstəyirəm nəzm ola bir dastanGürbə ilə muş hekayətlərin,Cəngü cədəl, məkrü ədavətlərin,Ta ki uşaqlar ola rağib ona,Təbi-səlimi ola cazib ona.Tənə üzündən mənə verdi cavab,Söylədi: – Key şairi-valanisab,Yoxsa nəhayətdi kəlamın sənin,Badəsi yox, xalidi camın sənin.Türfə qəzəllər tapıb inşa elə,Vəsfi-qəzalani-dilara elə.Nərgisi-şəhlaləri, tövsif qıl,Zülfi-mütərraləri tərif qıl.Söylə nədir qaideyi-məsnəvi,Bəsdi bizə maideyi-Movləvi.Gər hünərin var, qəzəldən danış,Yarə nəzər eylə, gözəldən danış.Gürbə nədir, muş nədir, ay kişi?Şair olanın nədir onda işi!Gördüm onu annamayıb mətləbi,Özgə məzaq ilədi çün məşrəbi.Əcz ilə ərz eylədim, ey sərfəraz,Etmə mənə tənə zəbanın diraz.Şair olan kəsdə hər əhval olur,Bostan ara dəymiş olur, kal olur.Dürr olan yerdə olur həm sədəf,Kaseyi-fəğfur olur, həm xəzəf.Gülşən ara gül də olur, xar olur,Nur olur, aləm ara nar olur.Yaxşı içində nola olsa yaman,Gənc olan yerdə olur həm ilan.Dəkkeyi-əttarədi şair hesab,Xarü xəsək, həm olu ətrü gülab.Etmə mənə eyb bu əhvalı sən,Əhlimizin danişinə halisən.Yüz çəkəsən riştəyə dürrü gühər,Yoxdu xəridar ona bir nəfər.Gövhərə var idi xəridar əgər,İçdi Füzuli niyə xuni-ciyər.Bəng nədir, badəni nəzm eylədi,Buzeyi-dilsadəni nəzm eylədi.Şairi-Bəğdad, o şirinxitab,Zahid ilə rində yazıb bir kitab.Şerdə lazımdır ola təyyibat,Şerdü, mahım, bu deyil möcüzat.Sehri-həlalımdı bu sözlər mənim,Feyzi-kəmalımdı bu sözlər mənim.Var ümidim ürəfa etsə guş,Zeyli-kərəmlə olalar eybpuş.Bihünər əşxas olur eybcu,Eyb eləməz kim ki, ola nikxu.Çeşmi-bədəndişi görüm kur ola!Şəbpərə tək gözləri binur ola!İstəməz aləmdə ola afitab,Gecə sevər, gündüzü görməz səvab.Bir hünərin gər ola, həftad eyb,Dust görər ol hünəri, yoxdu reyb.Eyb bilər fəzlini əhli-qərəz,Çünki onun var ürəyində mərəz.Zati-xəbisiyə təqaza budur,Hikməti-xəllaqdə məna budur.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dastanin-yazilma-sebebi
Use ← → keys to move, R for a random poem
More by this author
Şaiq, ol hadiyi-bədikəlam,Güli-xoşətri-gülşəni-əyyam,
Nuhun vəqəsiDörd min ildən yüz əksik oldu ki, NuhGetdi dünyadən ol cahan-fütuh.
Hacı və molla əhvalatı (Köpəyə ehsan)Köpəyə ehsanVar idi Şahsevəndə bir haci,
Bağdadlının vəqəsiBir kişi şəkvə qıldı Məmunə –Key çatan hökmi rübi-məskunə,
Poems by other poets
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.