Həzrəti-İsanın hekayəsi
Həzrəti-İsa ilə beş-on nəfərBir günü bir yerdən edirdi güzər.Gördülə bir qurd düşən it düşüb,Cümlə qotur əndamı yeksər şişib.Buyi-üfunət verir ol meyyitə,Söylədilər: – Bircə baxın bu itə!Biri dedi: – Qurd düşüb əndamına,Biri “qotur” dedi onun namına.Biri dedi, gör ki, nə bəd buyi var!Zərdabı var, zəhr kimi suyi var.Hər biri bir növ olub eybcu.Söylədi ruhulləhi-pakizəxu:Vəh, nə gözəl, dür kimi dəndanı var,Dürci-sədəfdə düri-qəltanı var.Dür var idi onda, edibdir zühur,Çıxdı qoturdan dəxi ləfzi-qotur.Hər nə ola kuzə ara əndərun,Vəqti-tərəşşühdə çıxar ol birun.Həzrəti-İsadə var idi gühər,Sahilə dür verdi o dərya-əsər.Gərçi sənin də hünərin vardır,Gör gülünü, baxma ona xardır.Olma ol əşxas kimi eybcu,Həzrəti-İsa kimi ol nikxu.Açma bu misgər dükanın, Seyyida,Başla sözü, eylədi hatif nida.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hezreti-isanin-hekayesi
Use ← → keys to move, R for a random poem
More by this author
Çünki xəllaqi-cahan xilqəti-imkan elədi,Kənzi-məxfidə olan sirri nümayan elədi,
Ayı və siçan hekayəsiBir ayı yatmış idi rahətlə,Uzanıb xeyli istirahətlə.
Aslan və iki öküzBir çəragah içində iki öküzOtlayırlardı şad gecə-gündüz.
Aslan və qarışqa əhvalatıYay günü isti idi, bir aslanBir mağara içində oldu nihan;
Poems by other poets
Neyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz