Aslan və qarışqa əhvalatı
Yay günü isti idi, bir aslanBir mağara içində oldu nihan;Ta ki rahət ola hərarətdən,Dincələ zəhmətü mərarətdən.Üstünə bir qarışqa çıxdı rəvan,Gəzibən seyr eylədi hər yan.Diksinib şir durdu vəhşətdən,Tülkü güldü ona o halətdən.Dedi: – Ey canəvərlərin şahı,Ucalan ərşə xeylü xərgahı,Səndə kim, bu hünər, bu qüdrət var,Zati-pakında kim, şücaət var,Mur kim, bir zəif xilqətdir,Bəs nedirsən, bular nə vəhşətdir?Dedi: – Ey tülkü, vəhşətim yoxdur,Murdən hiç zəhmətim yoxdur.Leyk bu ardır mənə peyda –Ki, çıxa padşahın üstə gəda.Seyyida, vermə üz gədalərə sən,Düşmə bu möhnətü bəlalərə sən.Çün güli-gülşəni-vəfasən sən.Niyə hər xarə aşinasən sən?Bülbüli-gülşəni-həqiqətsən,Mu-məcaz ilə qılma ülfət sən.Qəfəsi-cismi sal bu viranə,Eylə pərvaz baği-rizvanə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-aslan-ve-qarisqa-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
Etdi Harun bir gün əzmi-şikar,Gəldi dərya kənarın etdi qərar.
Xeyirsöyləməzin hekayəsiVarı bir xeyirsöyləməz nadan,Dilinə xeyir gəlməyib bir an.
Yerdəkilərin göyə şikayətiBir zaman tutdu zülm dünyanı,Ucalır xəlqin ərşə əfğanı.
Şirvanın təzə bəyləri haqqındaÇünki xəllaqi-cahan xilqəti-imkan elədi,Kənzi-məxfidə olan sirri nümayan elədi,
Poems by other poets · Nature and spring
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,