Bir ayı yatmış idi rahətlə,Uzanıb xeyli istirahətlə.Bir siçan ayı üstən etdi güzar,Oldu ol ayı xabdən bidar.Əl atıb muşi eylədi nəxcir,Durdu yalvarmağa ona o fəqir.Dedi ki, sən məni gəl eylə rəha,Yer düşər eylərəm əvəz peyda.Ayı güldü, onu rəha qıldı,Siçanın mətləbin rəva qıldı.Bir zaman ovçu qurmuş idi dam,Düşdü dam içrə ol qəvi-əndam.Nə qədər zur qıldı ol məğrurDamı qırmaqlıq olmadı məqdur.Bağırıb naləvü fəğan etdi,Göz yaşın seyl tək rəvan etdi.Ayının naləsin eşitdi siçan,Bildi kim, dami-dərdədir piçan.Gəldi kəsdi dişiylə ol damı,Ayıya eylədi sərəncamı.Dedi ayı ki, qalmadım qəmdə,Yaxşılıq itməz imiş aləmdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets