Nəql edirlər ki, şahi-NuşirvanOldu bir türfə seydgahə rəvan.Tutdular seyd kim, kəbab edələr,Şahi-dövranı kamiyab edələr.Bir qulam oldu rustayə dəvan,Ta gedib duz gətirsin ol əlan.Dedi Nuşirəvan ədalət ilə,Duzu al, ey qulam, qiymət ilə.Töycüyə etməsinlər ani hesab,Dağılıb olmasın bu kənd xərab.Dedilər: – Ey şəhi-sitarə-məhəl,Belə az nəsnədən yetər nə xələl?Dedi: – Bünyadi-zülm dünyadəAz olub, ey güruhi-dilsadə.Sonradan kim ki, gəldi, etdi ziyad,Qıldılar xanimanları bərbad.Yesə bir sib əgər şəhi-baqi,Olu viran rəiyyətin baği.Beş yumurta əgər yesə soltan,Ləşkəri min toyuq edər büryan.Dari-dünyadə qalmaz ol qəddar,Qalır ol şumə lənəti-büsyar.Zülmdən yer üzündə ot bitməz,Zülmü soltan edəndə kim etməz?Padşah etməsə ədalət əgər,Olur əlbəttə dəhr zirü zəbər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets