Alimlərə hörmət haqqında moizə
Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid,Üləma həqqini rəayət qıl,Əhli-elmə həmişə hörmət qıl.Demə bu kafər, ol müsəlmandır,Hər kimin elmi var – o, insandır.Elmsiz adəmi xudayi-cəlil.
**Dedi: – “Ən amü bəl əzəllü səbil”,Babamız Adəm ol səfiyullahElmi-əsmayə oldu çün agah.Ona yeksər məlayik etdi sücud,Səcdəsin fərz eylədi məbud.Elmdən oldu həzrəti-LoğmanHikmət ilə səramədi-dövran.Elm bir nur, cəhl zülmətdir,Cəhl duzəxdir, elm cənnətdir.Üləma olmasa cahanda, yəqinOlacaq paymal şəri-mübin.Üləma varisi-şəriətdir,Füqəra baisi-hidayətdir.Əhli-təfsir açıbla Qurani,Çıxarıblar vüzuha mənani.Kimdi gör, xaşeyi-cənabi-xuda,
**Dedi həq: – “Min ibadihil-üləma”Alimə kim ki, eyləməz hörmətO deyildir peyəmbərə ümmət.Sənə hər kimsə elm edər təlim,Ona vacibdir eyləmək təzim.Harda görsən, ona səlam eylə,Baş əyib qul tək ehtiram eylə.Qeyrini vəsf qılma yanında,Sən dur, ol söyləyən zamanında.İznsiz etmə xidmətində cülus,Olma zəcrindən, ey pəsər, məyus.Adəm ol, incimə qiraətdən,Çubi-molla çıxıbdu cənnətdən.“Gülsitan” içrə bülbüli-ŞirazFarsilə edib bu nəğməni saz:“Padşahi pəsər beməktəb dad,Lövhi-siminş dər kənar nəhad.Bər səri-lövhi-u nəviştə bezər:
**Cövri-ustad beh zimehri-pədər”.Bil ki, ustadın ey rəşid pəsər,Sənə ruhaniyətdə oldu pədər.Pədərin bir mənəm, bir ustadın,Cəhd qıl yaxşı çıxmağa adın.Səy qıl, aqi-valideyn olma,Ziştü mərdudi-xafiqeyn olma.Eylə ustadüvə həmişə dua,Məğfirət qıl tələb xudadən ona.Olma ol tifl kimi sən bədzat –Ki, öz ustadına dilərdi məmat.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-alimlere-hormet-haqqinda-moize
Use ← → keys to move, R for a random poem
More by this author
Cəfər, ey sibti-Heydəri-Kərrar,Mərdlik şivəsində ol huşyar.
Arvadını boşamış kişi hekayəsiVerdi bir şəxs övrətinə təlaq,Vəchin ondan soruşdu bir sarsaq.
Oğluma xitab (Ey oğul, əksəri-zənani-cahan)Ey oğul, əksəri-zənani-cahanƏrinin mərginə olur nigəran.
Baqqalın arvadının hekayəsiÇəkdi bir padşahi-xunxarə,Bir nəfər düzdi-müfsidi darə.
Poems by other poets · Wisdom and advice
Atasınnan, anasınnan,Gül gəzindi, gül gəzindi.
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Başqasının yasındaDərindir, qorxuludur sakit axan lal sular.Bir kəlmənin içində bəzən neçə söz yatır.