Dərindir, qorxuludur sakit axan lal sular.Bir kəlmənin içində bəzən neçə söz yatır.Adi gözlə görünməz orda yatan duyğular,Çözələsən, görərsən kül altında köz yatır.

İçimi göstərmədim cahil tutan güzgüyə,Üzdə gülüb, içimdə müşkülümə ağladım.Millətimin dərdini ünvanlayıb Özgəyə,Başqasının yasında öz ölümə ağladım.

Dekabr, 1981

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice