Müstəbidlər başa düşmür şairləri. O zaman ki başa düşür, fərman verir ölümünəA. Voznesenski

Öldürdülər Nerudanı.Öldürdülər ömrü boyuQəm çəkəni, dərd udanı,Öldürdülər azadlığın nəğməsinəNəğməsilə saz tutanı...Öldürdülər şairləriKimisini birdən-birəBıçaq ilə,Güllə ilə.Kimisiniürəyinə yeridərək söz zəhəringilə-gilə...Öldürdülər,hədə ilə,qorxu ilə,təhdid ilə...Öldürürlər şairləri,qana-qana.Bilə-bilə.Şairlərin dillərini bağlayandaÖldürdülər onları öz əllərilə...Ürəyini dəlib çıxanfikirləri demək üçün,Şair dözər hər zülümə.Dodağını kilidləməkŞair üçün bərabərdirmin ölümə!Öldürürlər şairləri –Öldürürlər, xəyalları,fikirləri...Yox-yox!Fikir ölə bilməz.O, şairin özündə yox,sözündədir.Ədalətlə cilalanan,Həqiqətdən qüvvət alanQadir sözün qabağındaGüllə nədir,atom nədir?..O deyəcək öz sözünü.Qaynayacaq, o daşacaq,o coşacaq.Söz - həmişə Ədalətin düşməniləvuruşacaq!Söz - yerlərdə sürünməmiş,Dodaqlarda çiçək açmış.Doğru sözün qabağındaYalan sözün rəngi qaçmış.Söz-nəbzidir,haqq səsidir zəmanənin,Aynasıdır zəmanənin.Ey müstəbid, dünənə yox,bu günə bax!Sən aynanı sındırmamış

O aynadaÖz eybəcər üzünə bax!Yalanların boyasıylabəzəsən də üzünü sən,O aynada görəcəksəndüzünü sən!Yaxşı görürŞairlərin iti gözüYalan ənlik-kirşanınDalındakı murdar üzü!Haqla-nahaq,Gerçəkliklə yalançılıqüzləşdiyi gündən bəri,Öldürürlər şairləri...Haqq istəmək, Düz danışmaqhələ qalsın bir tərəfəGöz yaşı da,hıçqırıq daYasaq olan bir ölkədəQatı zülmət işıqlıqda,nur kölgədə...Buna dözmək?Necə dözmək?Xunta qeyri-qanunidir.Əxlaqsızın törəməsibicə dözmək,Necə dözmək?

Oktyabr, 1973

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death