On səkkiz min aləm, yetmiş iki dil,Ülfət qılır bir bazarın içində.Kimi ətlaz geyir, tirmə qurşayır,Kimi üryan gəzir qarın içində.

Qafılsan, işindən tapmayıbsan baş,Üz döndərər səndən qohum, yar, yoldaş,Torpaq soyuq, bədən üryan, kəfən yaş,Tək qalarsan dar məzarın içində.

Demək nə lazımdı, özün bilirsən,Bir gün yaranırsan, bir gün ölürsən.Arsız-qəmsiz nə gününə gülürsən?!Yandırarlar səni narın içində.

Ələsgər söyləsin, sən mətləbi qan,Belə qərar qoyub qadiri-sübhan:Unutma ilqarı, itirmə iman,İman durar düz ilqarın içində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death