Nə damağı var
Göz gözə baxanda məhəbbət ilə,Ciyər alışmağın nə damağı var!Ortalıqda işvə, qəmzə, naz olar,Küsüb-barışmağın nə damağı var!
Quşnarov tütünlə Ananov kağız,Bükə paprosunu bir növrəsiə qız,Bir o ola, bir sən, bir otaq yalqız,Deyib-danışmağın nə damağı var!
Dura qulluğunda canü baş ilə,Nazü qəmzə ilə, gözü qaş ilə.Gah yalvarmaq ilə, gah savaş ilə,Köysünü açmağın nə damağı var!
Könül müştaq ola xətti xalına,Məlakə şəklinə, mah camalına.Alma kimi yanağınıın alınaGözün sataşmağın nə damağı var!
Ələsgər, canını, qurban elə sən,Görməyibsən, ləzzətini biləsən.Danışasan, oynayasan, güləsən,Öpüb sarmaşmağın nə damağı var!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-ne-damagi-var
Use ← → keys to move, R for a random poem
More by this author
Məğrurluq eyləyib "ustadam" demə,Vaxt olar, bir yerdə dara düşərsan.
GəlsinHər kəs sərdən keçib mərdü-mərdana,Baş qoysun bu yolda, meydana gəlsin!
Gözüm qaldı bir alagöz gəlindəGözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.
Xəbərin varmıAla gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!
Poems by other poets
Dayan ağam, dayan bəyim, dayan, dur!Ayaq saxla! Burda yatanlara bax!
Ay qaşı, gözü qara qız!Göy çəməndə ötür turac,Sübh açılır, gülür yamac.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,