Gözüm qaldı bir alagöz gəlində
Gözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.Gövhər qalıb qədirbilməz əlində,Tərlan olub sar əlinin dustağı.
Ağıldan kəm, huşdan çaşqın, dilqanmaz,Şərm eylə qonaqdan, ölməz, utanmaz!Bu zəhmətə nəzikbədən dayanmaz,Bimürvət, nainsaf, dilbilməz, yağı!
Bəhəqqi-sureyi-ayeyi-Quran,Qırxına qalmasın azan, quduran!Atam Mirzə Tağı, sakini-Iran,Anam Göyçəlidi, öz adım Nağı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-gozum-qaldi-bir-alagoz-gelinde
Use ← → keys to move, R for a random poem