Ala gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!Dörd bir yanın bağça, söyüd,Gülündən xəbərin varmı?!

Nə zaman ki, gəldim sizə,Mail oldum qaşa, gözə,Zibilin çıxıbdı dizə,Külündən xəbərin varmı?!

O vədə ki, gəlin oldun,Qabırğası qalın oldun,Qaynanana zalım oldun,Dilindən xəbərin varmı?!

Daha düşübsən hənəkdən,Suyun qurtarıb sənəkdən.Məmən çıxıbdı köynəkdən,Tulundan xəbərin varmı?!

Ələsgərlə çəkmə dava,Ariflər baxsın hesaba;Cehizindi qırıq tava,Malından xəbərin varmı?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets