Qabiliyyətdə, mərifətdə, kamaldaBu cahanda sənin kimi can olmaz.Camalını görən tapar imanı,Görüb ayrı düşən müsəlman olmaz.

Səni görən aşiq düşməz həvəsdən,Əl götürməz bu söhbətdən, bu bəhsdən.Müxtəsəri, meylin dönsə hər kəsdən,Gözündə nur, cəsədində qan olmaz.

Qüdrətdən çəkilib qaməti-şahbaz,Sən gələn yollara üzüm payəndaz.Mən ölüm, aç üzün, çox eyləmə naz,Göz gözə baxmasa, mehriban olmaz.

Gözəlliyin haqq isbata yetirib,Əsmər yanağında güllər bitirib.Züleyxa təmkini səndən götürüb,Sənin tək nə mələk, nə qılman olmaz.

Ələsgərəm, eşq oduna sarışdım,Firqətindən yandım, yandım, alışdım.Gizlin sirrim mən Loğmana danışdım,Sənsiz bu dərdimə heç dərman olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets