Aşiq olan eşqə düşər, dərd çəkər,Mənim kimi dərdi yüz olmaz, olmaz.Hər ağacdan sandal, hər yarpaqdan gül,Hər torpağın tamı duz olmaz, olmaz.

Sözün yeri gəldi, qoy deyim barı,Eşidənlər məni görməsin karı;Aşığın nisyəsi, namərd ilqarı,Desələr, inanma, düz olmaz, olmaz.

Zikirsiz mömini şeytan aldadar,Sayğısız iyidi düşman aldadar,Ağılsız cahili kirşan aldadar,Günü keçmiş qarı qız olmaz, olmaz.

Görməmişəm öküz yeriyə yorğa,Gədadan bəy olmaz, dəlidən darğa,Suda çimmək ilə sağsağan, qarğa,Göldə silkələnib, qaz olmaz, olmaz.

Ələsgər, sərrafsan, gövhəri tanı,Dosta qurban olsun düşmanın canı.Comərdin kisəsi, mərdlərin nanı,İnşallah, ölüncə az olmaz, olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets